Hesab-fakturalar və ödənişlər
Aylıq hesab-fakturalarınızı oxuyun, onları PDF və ya CSV kimi endirin və konsolun verdiyi ödəniş istinadı ilə bank köçürməsi vasitəsilə ödəyin.
Hər abunəlik (subscription) hər təqvim ayı üçün ən çoxu bir hesab-faktura (invoice) alır; hesab-faktura ay bitdikdən sonra təqdim edilir. Onu konsolun verdiyi ödəniş istinadını (payment reference) qeyd edərək bank köçürməsi ilə ödəyirsiniz və maliyyə komandası köçürmənizin daxil olduğunu təsdiq etdikdən sonra hesab-faktura ödənilmiş kimi qeyd olunur.
Başlamazdan əvvəl
- Hesab-fakturalara, tranzaksiyalara (transaction) və ödəniş rekvizitlərinə baxmaq üçün abunəlikdə verilmiş, Billing & Cost üzrə Read girişi olan istənilən rol lazımdır.
- Hesab-fakturanı ödənilmiş kimi qeyd etmək və ya gözləmədə olan köçürməni ləğv etmək üçün Owner və ya Billing Operator rolu, yaxud Billing & Cost üzrə Manage girişi olan fərdi rol (custom role) lazımdır; rol abunəlikdə verilməlidir.
Yalnız layihədə (project) verilmiş rol kifayət deyil, çünki hesab-fakturalar bütün abunəliyə aiddir.
Hesab-fakturalar necə hazırlanır
- Ödəniş dövrü. Hesab-faktura UTC üzrə bir təqvim ayını əhatə edir. O, ay bitdikdən sonra, platforma operatoru ayın ödəniş dövrünü bağladıqda təqdim edilir.
- Son ödəniş tarixi. Hesab-faktura təqdim edildikdən 14 gün sonra ödənilməlidir.
- Valyuta. Hesab-faktura abunəliyin valyutasında olur. Abunəliklər və valyuta səhifəsinə baxın.
- Ödəniş tələb olunmur. Heç nə istifadə olunmadığı və ya kreditlər hər şeyi örtdüyü üçün ay üzrə borc yoxdursa, hesab-faktura yenə də Paid statusunda təqdim edilir.
| Status | Mənası |
|---|---|
| Unpaid | Hesab-faktura təqdim edilib və hələ ödənilməyib. |
| Overdue | Son ödəniş tarixi keçib və hesab-faktura ödənilməyib. |
| Paid | Ödəniş təsdiqlənib və ya borc olmayıb. |
| Cancelled | Hesab-faktura ləğv edilib. Ödəniş tələb olunmur və PDF yoxdur. |
Hesab-fakturalarınıza baxın
Konsolda BillingInvoices bölməsinə keçin.
İxtiyari: siyahını statusa görə süzgəcdən keçirin və ya hesab-faktura nömrəsinə və ya təsvirə görə axtarın.
Hesab-fakturanı açmaq üçün onu seçin.
Siyahının üstündə Outstanding göstəricisi ödənilməmiş və vaxtı keçmiş hesab-fakturalarınızın cəmini, Paid to date göstəricisi isə ödənilmişlərin cəmini göstərir. İlk ay bağlanana qədər siyahı boşdur.
Hesab-fakturanın dörd tab-vərəqəsi var:
| Tab-vərəqə | Nə göstərir |
|---|---|
| Overview | Aralıq cəm, vergi və yekun məbləğ; xidmətlər üzrə xərclər; hesab-fakturanı təqdim edən hüquqi şəxs; ödəniş şərtləri və tətbiq olunmuş kreditlər kimi ödəniş məlumatları. |
| Document | Çapa hazır sənəd şəklində hesab-faktura. |
| Line items | Hər sətir: miqdarı, vahidi, vahid qiyməti və məbləği ilə. |
| Timeline | Hesab-fakturanın hadisələri, məsələn, nə vaxt təqdim edildiyi və ödənildiyi. |
Hesab-fakturada nələr var
Hesab-faktura abunəlikdəki bütün layihələrin ay ərzindəki istifadəsini toplayır:
- Sətirlər. İstifadə hər xidmət və element üçün bir sətirdə ümumi miqdar və məbləğlə qruplaşdırılır. Regionunuzda qiyməti olmayan element Free kimi göstərilir.
- Aralıq cəm. Sətirlərin cəmi.
- Vergi. Hər hansı kredit tətbiq olunmazdan əvvəl bütün aralıq cəmə ödəniş ölkənizin dərəcəsi ilə hesablanır. Hesab-faktura verginin adını və dərəcəsini göstərir.
- Tətbiq olunmuş kreditlər. Hesab-fakturanın valyutasındakı mövcud kreditləriniz aralıq cəm ilə verginin cəminə, həmin məbləğə qədər tətbiq olunur. Kreditlər və kuponlar səhifəsinə baxın.
- Yekun məbləğ. Aralıq cəm ilə verginin cəmindən tətbiq olunmuş kreditlər çıxıldıqdan sonra qalan məbləğ, yəni ödənilməli məbləğ.
Abunəliyin öhdəliyi (commitment) varsa, hesab-fakturada həmçinin ay ərzində istifadənizin sərf etmədiyi öhdəlik məbləği üçün sətir ola bilər. Savings Plan-lar və Reserved Instance-lar səhifəsinə baxın.
Hesab-fakturada həmçinin onu təqdim edən hüquqi şəxs Issued by bölməsində və təşkilatınızın hesab-faktura təqdim edildiyi andakı ödəniş məlumatları göstərilir. Bu məlumatların sonradan dəyişdirilməsi artıq təqdim edilmiş hesab-fakturaları dəyişmir.
Hesab-fakturanı endirin
Hesab-fakturanı açın və bunlardan birini seçin:
- Download PDF hesab-fakturanı PDF sənədi kimi saxlayır. Ləğv edilmiş hesab-fakturanın PDF-i yoxdur.
- Export CSV sətirləri və yekun məbləğləri CSV faylı kimi saxlayır; bu, ləğv edilmiş hesab-faktura üçün də işləyir. Fayldakı məbləğlər valyuta vahidində, kəsr hissəsində dörd rəqəmlə verilir.
- Document tab-vərəqəsindəki Print düyməsi hesab-fakturanı çap edir.
Hesab-fakturanı siyahıdan da endirə bilərsiniz: onun sətrindəki PDF düyməsini seçin.
Hesab-fakturanı ödəyin
Kartla ödəmək mümkün deyil və platforma heç bir məbləği avtomatik tutmur. Hər hesab-fakturanı bank köçürməsi ilə ödəyirsiniz:
Konsolda BillingInvoices bölməsinə keçin və hesab-fakturanı açın. Onun statusu Unpaid və ya Overdue olmalıdır.
Mark as paid düyməsini seçin, məbləği yoxlayın və təsdiq edin. Konsol Pending approval statusunda ödəniş qeydə alır. Hesab-faktura hələlik ödənilməmiş qalır.
BillingTransactions bölməsinə keçin və yeni ödənişi açın.
How to pay bölməsində Payment reference dəyərini mübadilə buferinə köçürün.
BillingPayment methods bölməsinə keçin. Bank transfer bölməsində pulu köçürmək üçün hesabı tapın.
Bankınızda hesab-fakturanın yekun məbləğini həmin hesaba köçürün. Ödəniş istinadını köçürmənin təyinatı kimi dəqiq daxil edin.
Maliyyə komandası köçürmənizi tutuşdurduqdan sonra ödəniş Completed, hesab-faktura isə Paid statusuna keçir.
Ödəniş isə Failed statusuna keçərsə, o təsdiqlənməyib və hesab-faktura ödənilməmiş qalır. Səbəbi ödənişin səhifəsində yoxlayın və yeni ödəniş qeydə almaq üçün hesab-fakturada yenidən Mark as paid düyməsini seçin.
Hara köçürməli
Payment methods səhifəsi hesab-fakturalarınızı təqdim edən hüquqi şəxsin bank hesabını göstərir: Beneficiary, Bank, IBAN və ya Account number, SWIFT / BIC və Bank address. Yalnız doldurulmuş sahələr göstərilir.
Səhifədə Bank account not published yet mesajı göstərilirsə, təşkilatınız üçün hələ heç bir hesab dərc olunmayıb. Köçürmə göndərməzdən əvvəl hesab rekvizitlərini soruşmaq üçün Contact Support keçidini seçin.
Gözləmədə olan köçürməni ləğv edin
Ödənişi səhvən qeydə almısınızsa, maliyyə komandası onu təsdiq etməzdən əvvəl ləğv edin:
BillingTransactions bölməsinə keçin və ödənişi açın. Onun statusu Pending approval olmalıdır.
Cancel transfer düyməsini seçin və təsdiq edin.
Ödəniş Failed statusuna keçir və hesab-faktura ödənilməmiş qalır. Xərc tranzaksiyasını və ya artıq təsdiqlənmiş ödənişi ləğv etmək mümkün deyil.
Tranzaksiyalar
BillingTransactions bölməsi abunəliyin pul hərəkətlərini göstərir:
- Charge: borclu olduğunuz məbləğ, məsələn, təqdim edilmiş hesab-faktura və ya öhdəliyin əvvəlcədən ödənişi.
- Payment: hesab-faktura və ya kreditə vəsait əlavəsi üçün qeydə aldığınız ödəniş.
Siyahını Payments, Charges və ya Pending approval süzgəcləri ilə süzgəcdən keçirin. Tranzaksiyanın istinadını, üsulunu və aid olduğu hesab-fakturanı görmək üçün onu açın.
API-dən istifadə edin
Hesab-fakturalarla REST API vasitəsilə işləyə bilərsiniz:
- GET
/scopes/{scopeId}/billing/invoiceshesab-fakturaların siyahısını qaytarır. - GET
/scopes/{scopeId}/billing/invoices/{invoiceId}hesab-fakturanı sətirləri ilə birlikdə qaytarır. - GET
/scopes/{scopeId}/billing/invoices/{invoiceId}/downloadPDF sənədini qaytarır. - GET
/scopes/{scopeId}/billing/invoices/{invoiceId}/exports/downloadCSV ixracını qaytarır. - POST
/scopes/{scopeId}/billing/invoices/{invoiceId}/actions/payMark as paid düyməsi kimi, əl ilə təsdiq üçün ödəniş qeydə alır.
API cavablarında məbləğlər qəpiklərlə deyil, valyuta vahidinin on mində birləri ilə ifadə olunan tam ədədlərdir. Məbləğlər bölməsinə baxın.
Nasazlığın həlli
| Əlamət | Səbəb | Həll |
|---|---|---|
| Subscription-level access required | Rolunuz yalnız layihədə verilib. | Abunəliyin sahibindən abunəlikdə rol istəyin. |
| No invoices yet | Abunəlik üçün hələ heç bir hesab-faktura təqdim edilməyib. | Hesab-fakturalar ay bitdikdən sonra təqdim edilir. Hesab-faktura yoxdursa, dəstək xidmətinə müraciət edin. Yardım və dəstək bölməsinə baxın. |
| Mark as paid düyməsi yoxdur. | Hesab-faktura artıq ödənilib və ya ləğv edilib. | Hesab-fakturanın statusunu yoxlayın. |
| Mark as paid icazə (permission) xətası ilə uğursuz olur. | Rolunuz ödəniş qeydə ala bilmir. | Abunəlikdə sizə Owner və ya Billing Operator rolunun, yaxud Billing & Cost üzrə Manage girişi olan fərdi rolun verilməsini istəyin. |
| Pulu köçürdükdən sonra hesab-faktura ödənilməmiş qalır. | Köçürmə hələ təsdiqlənməyib. | Ödəniş istinadını qeyd etdiyinizi yoxlayın. Ödəniş uğursuz olubsa, yeni ödəniş qeydə alın. |